KoronaVirus İnformasiya Portalı
Müdafiə Nazirliyi: Təyyarəmizin vurulması barədə yayılan xəbər dezinformasiyadırbackend

Müdafiə Nazirliyi: Təyyarəmizin vurulması barədə yayılan xəbər dezinformasiyadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.

NOCOMMENT xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Nə qədər gülməli səslənsə də, Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi. Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”, – məlumatda qeyd olunub.