Müdafiə Nazirliyində 8 milyonluq yeyinti: Həbslər varbackend

Müdafiə Nazirliyində 8 milyonluq yeyinti: Həbslər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 sentyabr 2022-ci ildə Bakı Hərbi Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi Məlikzadə Rəşad Səfər oğlu barəsində vəsatətə baxaraq, onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edib.

NOCOMMENT xəbər verir ki, unikal-ın əldə etdiyi məlumata görə, Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, 8 355 486 manat pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Məlum olur ki, dövlətə vurulmuş xüsusilə külli miqdarda ziyanın dövlət büdcəsinə ödətdirilməsi üçün Müdafiə Nazirliyinin Maliyyə Xidmətinin rəhbər hərbi qulluqçularının əməllərinin sübuta yetirilərək məsuliyyətə cəlb olunmaları davam edir.