Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQbackend

Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun balansında olan və istismar müddəti başa çatmış, istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Bu barədə NOCOMMENT.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məhvetmə prosesi yanvarın 5-9-da təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində  həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – nazirlikdən bildirilib.