Müdafiə Nazirliyinin sabiq əməkdaşı oğlunun nişan günündə vəfat etdibackend

Müdafiə Nazirliyinin sabiq əməkdaşı oğlunun nişan günündə vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin (MN) sabiq əməkdaşı Ədalət Teymurlu vəfat edib.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki,bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, mərhum Ə.Teymurlu ötən əsrin 90-cı illərində MN-in Mətbuat Xidmətində, o cümlədən Sənədli Filmlər Kinostudiyasında zabit kimi xidmət keçib.

“Bu gün (dünən-red.), dekabrın 23-də Ədalət qardaşımız öz doğma oğlu Teymura günün birinci yarısında nişan məclisi düzənləmişdi və yaxın vaxtlarda evinə gəlin gətirməyə hazırlaşırdı”, deyə Ü.Cəfərov qeyd edib.