Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları yüksək dövlət mükafatlarına layiq görülüblərbackend

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları yüksək dövlət mükafatlarına layiq görülüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən NOCOMMENT,az-a verilən məlumata görə, təltif edilənlər siyahısında MSN-in əməkdaşları – İstehsalat şöbəsinin müdir müavini Kərimov Əsəd Əhməd oğlu və Əməyin Mühafizəsi şöbəsinin baş məsləhətçisi Abuşov Tural İntiqam oğlu da yer alıblar.

Onlar “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər.

Nazirlik yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə əməkdaşlarını təbrik edib.