MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNİN ZAVODUNDA PARTLAYIŞ – Yaralılar varbackend

MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNİN ZAVODUNDA PARTLAYIŞ – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) zavoddakı partlayışla bağlı məlumat yayıb.

“Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub. 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub. Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir”, – məlumatda bildirilib.

Xatırladaq ki, sözügedən zavodda ötən ilin yayında da partlayış baş vermişdi. Həmin vaxt hadisə zamanı bir nəfər ölmüş, bir nəfər isə xəsarət almışdı.

***

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, iki nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Babayev İlkin Cahangir oğlu, Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması müəyyənləşdirilir.

Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.