Müdaxilə ehtimalı artır – Generalların zənglərinə cavab verilmirbackend

Müdaxilə ehtimalı artır – Generalların zənglərinə cavab verilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin yüksək vəzifəli hərbi şəxsləri ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri nəticəsində iki ölkə arasında yaranmış böhran fonunda amerikalı həmkarlarının çoxsaylı zənglərinə məhəl qoymurlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” rəsmi mənbələrə istinadən məlumat verib.

Mənbələr bildiriblər ki, ABŞ-ın hərbi komandanlığı tammiqyaslı müharibənin qarşısını almaq üçün Çin kimi potensial düşmənlərlə belə açıq ünsiyyət xətlərini saxlamaq istəyir.

Amma Pekin ABŞ-ın yüksək vəzifəli generallarının çağırışlarına məhəl qoymur.

Pelosinin Tayvana səfərindən sonra Çinin ada yaxınlığındakı silahlı qüvvələrinin sayını artırması və davam edən hərbi təlimlərinin miqyasını genişləndirməsi ABŞ-da narahatlıqla izlənilir. Ağ Ev amerikalı spikerin səfərinə cavab olaraq, Çin ordusunun Tayvana müdaxiləsindən ehtiyat edir.
Teleqraf