Gədəbəy Uşaq İncəsənət Məktəbinin müəllimi Əfsanə Məmmədzadə rəhvərlik tərəfindən psixoloji təzyiqə məruz qaldığını iddia edir.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkələrdə bununla bağlı video müraciət paylaşıb. Müəllimin iddiasına görə, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmdəova rüşvət vermədiyi üçün dəfələrlə işdən çıxarılmaqla hədələnib, qeyri-etik davranışlarla qarşılaşıb:
“Artıq 3 ildir ki, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmədov tərəfindən psixoloji təzyiqlərə, əsassız ittiham və böhtanlara məruz qalıram. Rüşvət ödəmədiyim üçün dəfələrlə işdən çıxarılmaqla hədələnir və qeyri-etik davranışlarla qarşılaşıram. Bu məsələ ilə bağlı dəfələrlə Mədəniyyət Nazirliyi və digər hüquq-mühafizə orqanlarına müraciət etsəm də, nəticəsiz qalıb. Hər kəsə məlum olan Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində məsələ ört-basdır edilir. Bununla bağlı sübutlarım da var”.
Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı mövqeyi isə fərqlidir. Qurumdan Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimin müraciəti araşdırılıb:
“Əfsanə Məmmədzadə tərəfindən edilən müraciətə aidiyyəti üzrə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində baxılıb. 26 dekabr 2024-cü il tarixində idarənin monitorinq komissiyası tərəfindən aparılmış yoxlama zamanı əməkdaşın bəzi qayda pozuntuları qeydə alınıb və mövcud qaydalara uyğun olaraq intizam tədbiri tətbiq edilib.
Diqqətinizə çatdırırq ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində mütəmadi monitorinqlər keçirilir və aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür”.