Müəllim və həkimlərin maaşı 1000 dollara çatdırılacaqbackend

Müəllim və həkimlərin maaşı 1000 dollara çatdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək ixtisaslı müəllimlərin maaşları 2025-ci, yüksək kateqoriyalı həkimlərin maaşları isə 2026-cı ilədək 1000 dollara qədər artırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

Özbəkistan Prezidenti izah edib ki, Üçüncü İntibah dövrünün əsaslarının qoyulması üçün ölkəyə yüksək ixtisaslı müəllim və məşqçilər, professorlar, gənclərimizin taleyini bu gün və sabah həll edəcək əsl ziyalılar lazımdır:

“Düzünü desəm, biz bu zəhmətkeş, fədakar insanlara hələ də borcluyuq. Buna görə nə qədər çətin olsa da müəllimlərin əməyinə layiqli stimul vermək üçün bütün güc və imkanlarımızı səfərbər edirik. 2025-ci ilə qədər yüksək ixtisaslı müəllimlərin aylıq əməkhaqqının 1000 ABŞ dolları ekvivalentinə çatdırılması üçün tədbirlər görüləcək”.
Teleqraf