Müəllimlər və direktorlarla bağlı 346 minlik layihəbackend

Müəllimlər və direktorlarla bağlı 346 minlik layihə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək və operatorluq xidmətlərinə, habelə təkmilləşdirməyə 346 136 AZN sərf ediləcək.

NOCOMMENT.az pravda.az-a istinadən xəbər verir ki, bu xidmətləri “All İn One Technologies” QSC həyata keçirəcək.

Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və QSC arasında müvafiq müqavilə bağlanıb.