“Müəllimləri işsiz qoymaqdansa…” — Məktəblərin birləşdirilməsinə REAKSİYAbackend

“Müəllimləri işsiz qoymaqdansa…” — Məktəblərin birləşdirilməsinə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayev ölkədəki bəzi məktəblərin bağlanması məsələsinə aydınlıq gətirib. O, jurnalistlərə açıqlamasında deyib ki, cəmi 2-3 şagirdin oxuduğu məktəblər var. Nazirin sözlərinə görə həmin şagirlərin keyfiyyətli təhsil alması üçün bəzi məktəblər birləşdirilir. Maraqlıdır, məktəblərin birləşdirilməsi təhsilin keyfiyyətinə necə təsir edəcək?

NOCOMMENT.az xəbər verir ki, təhsil eksperti Elçin Muradov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. O, bu addımın doğru olmadığı qənatindədir. Ekspertin fikrincə, məktəblərin birləşdirilməsi şagirdlərin yeni mühitə adaptasiyasını çətinləşdirəcək:

“Şagirdlərin bir yerdə başqa bir yerə getməsi onları dərslərindən uzaqlaşdıracaq. Tanımadıqları müəllimlərin dərslərində oturmaq onlar üçün asan olmayacaq. Məktəblərin birləşdirilməsi valideynlər üçün də problem yaradır. Çünki bu zaman məsafə fərqi yaranır, bu da valideyn üçün sual doğurur ki, uşağını məktəbə apara biləcək ya yox. Düşünürəm ki, bunlar dərsin keyfiyyətinə heç də yaxşı mənada təsir göstərməyəcək”.

E.Muradov birləşdirmənin müəllimlərə də təsir edəcəyini deyib:

“Məktəblərdə şagird sayının artırılmasının əvəzinə məktəbləri bağlamaq, şagirdləri eyni bir məktəbə köçürmək müəllimlərin dərs saatlarına təsir edəcək. Onları işsiz qoymaqdansa, başqa bir yol seçmək lazım idi. Məktəblərin birləşdirilməsi bir neçə müəllimin işsiz qalması deməkdir. Və ya müəllimlərin iş üçün başqa bir məktəbə köçürüləcəyini nəzərə alsaq, bu, oradakı digər müəllimlərin də dərs saatlarının azalmasına səbəb olacaq. Maaşı azalan müəllimə dərs demək artıq maraqlı olmayacaq. Şagirdlərin repetitor yanına getməsini problem kimi görürük, bir tərəfdən də müəllimi vadar edirik ki, məktəbdən uzaqlaşıb evdə şagird hazırlığı ilə məşğul olsun. Şagirdlər də uzaq məsafədəki məktəbə getməkdənsə, evdə dərsini oxuyacaq, adını sadəcə məktəbdə yazdıracaq. Təhsil problemlərinə kompleks yanaşmaq lazımdır. Buna görə də nazirlik başqa bir mexanizm düşünməli idi”.