Müəllimlərin dərs yükü necə kompensasiya ediləcək?backend

Müəllimlərin dərs yükü necə kompensasiya ediləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəllimin nə qədər dərs yükü varsa, o, iki qrup arasında bölünəcək. Bu halda sual yaranır ki, uşaqlar onda az dərs saatı alırlar. Hesab edirik ki, yerdə qalan saatı teledərslə kompensasiya etmək olar”.

NOCOMMENT xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu media nümayəndələri üçün keçirilən “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hibrid dərs forması tətbiq edildiyi zaman müəllimlərin dərs yükündə heç bir izafi yük yaranmayacaq.