Müəllimlərin müqavilə ilə vakansiya seçimi YEKUNLAŞDIbackend

Müəllimlərin müqavilə ilə vakansiya seçimi YEKUNLAŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi bu gün saat 1.00-da yekunlaşıb.

NOCOMMENT.az-ın məlumatına görə, müddətli müqavilə ilə vakansiya seçiminə avqustun 21-də start verilmişdi.

Müəllimliyə hər bir namizədə müddətli müqavilə ilə 4 vakant yer seçmək imkanı yaradılmışdı.

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə çıxarılıb.