Müəllimlərin NƏZƏRİNƏ: Əməkdaşlıq təklifibackend

Müəllimlərin NƏZƏRİNƏ: Əməkdaşlıq təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində müəllimləri əməkdaşlığa dəvət edir.

İnstitutdan NOCOMMENT.az-a bildirilib ki, logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində aşağıda qeyd olunan fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

– Logistika sistemlərində riyazi modelləşdirmə (xətti proqramlaşdırma məsələlərinin logistika sistemlərində tətbiqi, tranzitli nəqliyyat məsələsi (Transshipment problem), nəqliyyat məsələsi (Transportation problem), səyyar satıcı məsələsi (SSM-Traveling Salesman Problem), marşrut seçmə məsələsi (VRP-Vehicle Routing Problem) və digərləri);

– Anbar ehtiyatlarının idarə olunması (Ekonomik Sifariş Miqdarı (ESM), təhlükəsizlik stoku, dövri stok, stoxastik anbar modelləri, məhsulların nə zaman və hansı miqdarda sifariş verilməli olduğunun hesablanması və s.);

– Akademik yazı və tədqiqat üsulları (kitabxana sistemlərində axtarış üsulları, AzTU-nun elektron kitabxanası ilə tanışlıq, ondan istifadə qaydaları, akademik yazıların strukturu, üslubu, akademik yazılara istinad, plagiatlıq nədir, ondan necə uzaq durmalı və s.);

– Nəqliyyat prosesi və nəqliyyat növləri (əmtəə və məhsulların nəqliyyat prosesi, hava, dəmir, quru və su yollarında istifadə edilən nəqliyyat növləri və onların xüsusiyyətləri və s.);

– Logistika sistemlərində proqram təminatları (təchizat zəncirlərinin idarə edilməsində istifadə edilən proqram təminatları, SAP/Oracle/1C kimi ERP proqramları, onların nəqliyyat/anbar ilə bağlı modulları, bu modulların iş prinsipləri, MRP, və s.);

– Beynəlxalq ticarət (kapital, əmtəə və xidmətlərin ölkələr arasında axını, rəqabət üstünlüyü, beynəlxalq su, quru və hava yolları ilə daşıma marşrutları və s.).

Namizədlərin müvafiq ixtisas üzrə elmi dərəcəsi və ya tam ali təhsili (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi olmalıdır. Onlar, həmçinin Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları kimi tələblərə cavab verməlidirlər.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) noyabrın 15-dək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.