Müəllimlərin sertifikatlaşdırılması prosesinin nəticələri elan olunubbackend

Müəllimlərin sertifikatlaşdırılması prosesinin nəticələri elan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin nəticələri elan olunub.

Elm və Təhsil Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.

12-19 sentyabr tarixlərində isə sertifikatlaşdırmanın müsahibə mərhələsi keçirilib. Həmin mərhələdə 8 707 nəfər təhsilverən iştirak edib və onlardan 8 676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

Yerli təhsili idarəetmə orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar təqdim olunacaq.

Sertifikatlaşdırmadan keçmiş 3 086 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5 590 təhsilverən isə 10 faiz əlavə alacaq.

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq cari ilin 30 avqust – 1 sentyabr və 13 sentyabr tarixlərində sertifikatlaşdırmanın test mərhələsi keçirilib.

Sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.