Müəllimlərin Şuşaya adıyla aldadılması ARAŞDIRILIRbackend

Müəllimlərin Şuşaya adıyla aldadılması ARAŞDIRILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Şuşaya səfər adı ilə bir qrup müəllimin aldadılması ilə bağlı məsələyə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, bu barədə Trend-ə DİN Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirib.

“Hazırda müraciət üzrə araşdırma aparılır”, – deyə qurum rəsmisi qeyd edib.

Qeyd edək ki, Bakıda Şuşaya səfər etmək istəyən bir qrup müəllimin aldadılması barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumat yayılıb.

İddiaya görə, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu Şuşa 1 saylı tam orta məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil etdiyini bildirib.

Səfərə getmək üçün 70 nəfər müraciət edib və hər biri bunun üçün 22 manat ödəyib.

Əlizamin Canızadə səfərin 30 may səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün çalışdıqları məktəbin qarşısına toplaşmağı tapşırıb. Lakin 29 may tarixindən Ə.Canızadəyə zəng çatmayıb.

Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər, deyilən tarixində, yəni, bu gün səhər saatlarında məktəbin qarşısında toplaşıb. Lakin əvvəlcədən səfər üçün vəd edilən nə avtobus gəlib, nə də həmin şəxsə zəng çatıb.