Müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri elan edilibbackend

Müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə NOCOMMENT.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə etmişdir.

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.