Muğam ifaçısı koronavirusdan vəfat etdibackend

Muğam ifaçısı koronavirusdan vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xanəndə Xasməmməd Hacıyev vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu haqda axsam.az-a muğam ifaçısının gəlini Ayan məlumat verib.

O bildirib ki, qayınatası koronavirus infeksiyasından dünyasını dəyişib: “Xəstəxanaya yerləşdirilmişdi. Müalicə alsa da, onu xilas etmək mümkün olmayıb. O, bir neçə həftə əvvəl vəfat edib”.

Qeyd edək ki, X.Hacıyev 1949-cu il sentyabrın 15-də Beyləqanda anadan olub. O, mərhum Əməkdar artist Məhəbbət Kazımovla oxuduğu mahnılarla tanınıb.