Müğənni: Biz toy tutmaq əvəzinə, koronavirus bizə toy tutdubackend

Müğənni: Biz toy tutmaq əvəzinə, koronavirus bizə toy tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz toy tutmaq əvəzinə, koronavirus bizə toy tutdu. İş yox, toy yox, oturmuşuq evdə. Azərbaycanda hamı bilir ki, müğənnilərin gəlir yeri toydur. Hələ nə vaxt restoran və şadlıq evlərinin fəaliyyətinin bərpa olunacağı və toy mərasimlərinin keçiriləcəyi də məlum deyil”.

Bunu NOCOMMENT.az-a açıqlamasında müğənni Fidan Süleymanova deyib.

Müğənni belə getsə, həmkarlarının tez bir zamanda müflisləşəcəyini də proqnozlaşdırıb:

“Belə görürəm, hələ işıqucu görünmür. Deyəsən, koronavirus şou-biznesin axırına çıxmayınca, çıxıb gedən deyil. Belə getsə, hər kəs müflis olacaq. Taclı virus bütün dünyaya meydan sulayır. Maska taxmaqdan da ürəyim sıxılır. Bircə koronadan yaxamızı qurtarsaq, doyunca nəfəs alardıq”.

Yenicag