Vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.
Bu barədə NOCOMMENT.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.