Müğənnilər virus ola-ola toylara gedirlər?backend

Müğənnilər virus ola-ola toylara gedirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl rəqqasə Fatimə Fətəliyeva görünüşünü tənqid edənlərə cavab verərkən, xəstə, qızdırmalı halda məclisə getdiyini deməklə qızğın müzakirələrə rəvac verdi.

Bu açıqlamadan sonra təkcə Fatimə deyil, bütün şou-biznes əhli qınaq obyektinə çevrildi. Sosial şəbəkə istifadəçilərinin bir qismi məşhurların qızdırmalı olduqları halda toy məclislərinə qatıldığını və koronavirusu yaydığını iddia etməyə başladı.

Doğrudanmı, məşhurlar el məclislərinə gedərək virusu yayırlar?

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı yenisabah-a danışan müğənni Afət Fərmanqızı bu fikirlərlə razılaşmadığını deyib: “Mən bu iddialara qatılmıram. Mən özüm hazırda xəstəyəm, düzdür, qızdırmam yoxdur, amma xəstəyəm.

Analiz də verdim COVİD çıxmadı. Testi verib neqativ nəticəni alandan sonra Rusiyadan Bakıya uçdum. Nə etməliyəm, bütün millət xəstədir də.

Biz müğənnilər də bəzən xəstə oluruq, bu o demək deyil ki, biz koronavirusuq. COVİD olmayanda guya xəstələnmirdik ki? Pandemiyadan əvvəl də mən ildə iki dəfə möhkəm xəstələnirdim. Xəstə-xəstə, qızdırmamız ola-ola o qədər məktəbə getmişik ki… Bunu niyə bu qədər abardırlar? Fatimə Fətəliyeva o fikirləri koronavirus yaydığı iddia olunsun deyə yox, nə qədər əziyyət çəkdiyimizi göstərmək üçün demişdi”.

İfaçı nasaz olduğunu hiss etdiyi anda mütləq koronavirus testi verdiyini qeyd edib: “Mən uçuşdan-uçuşa test verirəm. Amma xəstələnərəmsə, əlbəttə, həmin gün mütləq test verirəm. Tutaq ki, nasazlamışam, heç uçuşum da yoxdur, test verirəm ki, görüm COVİDəm yoxsa yox. Mən koronavirusamsa, niyə insanları yoluxdurmalıyam? Niyə müğənnilər bilə-bilə gedib xalqı yoluxdursun?! Əgər xəstəsənsə, evdən çıxmamalısan, yox əgər çıxmağa məcbursannsa, gedib test verməli, əmin olduqdan sonra çıxmalısan. Adi qripdirsə, çıxsan nolacaq?”.

Xatırladaq ki, F.Fətəliyeva görünüşü ilə bağlı iradlara cavab verərkən xəstə olduğunu qeyd etmişdi: “Deyirlər qocalmısınız, üzünüz şişib. Allah haqqı, xəstə-xəstə kimin gücü çatar ki, getsin məclis aparsın. Dünən xəstə canımla hündürdabanda 6 saat məclis aparmışam. Qızdırmalı halda…”