Müğənnilərin pul tələbi qalmaqal yaratdı: Əvvəlki nüfuzları yoxdurbackend

Müğənnilərin pul tələbi qalmaqal yaratdı: Əvvəlki nüfuzları yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Natavan Həbibinin bir neçə gün əvvəl həmkarları Elşad Xose və Xatirə ilə birgə onlara efirə çağırılması müqabilində qonorar verilməsini tələb etməsi müzakirələrə səbəb oldu.

Efirə çıxmaq üçün pul tələb edən məşhurların istəkləri birmənalı qarşılanmadı, onlar bəziləri tərəfindən qınaq atəşinə tutuldular.

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı yenisabah-a danışan aparıcı Turan İbrahimov qeyd edib ki, bəzi proqramlar məhz müğənnilər hesabına gəlir əldə edir və gəlirin müəyyən hissəsini qonorar kimi onlara verə bilərlər: “Özəl televiziyalar hər zaman reytinq uğrunda mübarizə aparıblar. Onlar auditoriya, reytinq və auditoriyanı nəzərə alıb ona reklam verən şirkətlərin ödədiyi pul uğrunda mübarizə aparıblar.

Bu gün televiziyalar müəyyən verilişlər hazırlayanda bu və ya başqa müğənninin o verilişə gəlməsi hesabına pul əldə edirsə, həmin puldan müəyyən hissəni müğənnilərə ödəyə bilər. Dünya praktikasında bu var. Xüsusilə də statusu, geniş auditoriyası və nüfuzu olan müğənnilər belə edirlər.

Onlar bu cür şoulara çıxıb ordan müəyyən qədər pul qazanırlar. Həmin məşhurlar həm çıxdıqları verilişlərə pul qazandırırlar, həm də özləri qonorar əldə edirlər”.

Aparıcının sözlərinə görə, dünya praktikasında belə olsa da ölkəmizdə bunun üçün iqtisadi əsas yoxdur: “Azərbaycanda isə bu praktika yoxdur. Bu praktikanın olması üçün bizdə heç iqtisadi əsas da yoxdur. Azərbaycan telekanallarının auditoriyası çox məhduddur, müğənnilərin iştirakı ilə baş tutan şou proqramları əvvəlki qədər geniş auditoriya qazanmır. Düzdür, hələ də bəziləri ən çox gəlir gətirən verilişlərdən sayılırlar, amma əvvəlki nüfuzları yoxdur. Bütün bunları nəzərə alaraq bəzi müğənnilərimizin verilişlərə çıxmaq üçün qonorar tələb etmələrinə haqq verə bilərik, belə haqları var, lakin bunun iqtisadi əsası yoxdur”.