Müğənnilərin toy qiymətləri – Ən çox kim qazanır?backend

Müğənnilərin toy qiymətləri – Ən çox kim qazanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər zaman təqdim etdikləri layihələri və şəxsi həyatları ilə gündəmdən düşməyən müğənillər bu dəfə toy qiymətləri ilə diqqət çəkiblər.

NOCOMMENT baku.ws-ə istinadən xəbər verir ki, Xalq artistləri Röya AyxanAygün Kazımova toylara yarım saata 8 000 manata gedirlər.

Şad günündə Xalq artistləri Miri YusifZülfiyyə Xanbabayevanı yarım saat dinləmək istəyənlər isə 4 500-6 000 manatdan keçməlidirlər.

Əməkdar artist Xumar Qədimova yarım saatlıq ifa üçün 4 000-5 000 manat, müğənni Günay İbrahimli isə 3 500 manat qonorar tələb edirlər.

Bütöv toyu idarə edən Əməkdar artist Abbas Bağırova 20 000 manat qonorar ödənilir. Sənətçi bunu 18 nəfərlik musiqiçi qrupunun olması ilə əlaqələndirir.

Xalq artisti Faiq Ağayev isə bütöv toyu 15 000 manata idarə edir. Xoş günündə sənətçini görmək istəyənlər 1-2 ay əvvəldən adını yazdırmalıdır.