Müğənnini aldadıb 50 manat ziyana saldılarbackend

Müğənnini aldadıb 50 manat ziyana saldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Vüqar Muradova qarşı dələduzluq törədilib.

NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə özü “Facebook”da məlumat yayıb.

“Aldanmayın, dostlar. Az öncə nömrə satışıyla bağlı bir qız nömrə təklif etdi və 50 manat beh göndərdim, sonra nömrəmi blok etdi. Digər nömrədən yazdım, onu da blok etdi”.

Müğənni mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin adını etiketləyərək tədbir görülməsini istəyib.

İfaçı ona yazan xanımla yazışmalarını da izləyiciləriylə bölüşüb.