Xətai Rayon İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müxtəlif növ malların satınalınması üzrə keçirilən tender müsabiqəsinin qalibi “Everest-2022” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, məbləği 163.466,46 AZN təşkil edən müqavilənin bağlanması gözlənilir.
Müqavilə çərçivəsində kommunal xidmətlərin təşkili və həyətlərin saxlanılması məqsədilə kərmək həyət üçün alətlər, vedrə, xəkəndaz (zibil yığımı üçün), zibil torbaları, benzinlə işləyən ağackəsənlər, bel çalov kiçik, bel ucu iti və sairə mal-materiallar satın alınacaq. Qeyd olunan malların gündəlik təsərrüfat işlərində istifadə olunması, təmizlik və yaşıllıqlara qulluq proseslərinin daha operativ həyata keçirilməsini təmin etməsi nəzərdə tutulur.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmaya görə, bu tender rayonun mənzil-kommunal infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımlardan biridir və yerli icra qurumunun tabeliyində olan birliklərin maddi-texniki bazasının yenilənməsinə xidmət edir.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan “Everest-2022” MMC ilə bağlı şirkətin nizamnamə məlumatları, qanuni təmsilçisi və digər detalları barədə əlavə araşdırma aparılır.
Xatırladaq ki, 30 dekabrda Xalq artisti Röya Ayxan Xətai Rayon İcra Hakimiyyətində olub. müğənnini Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev və deputatlar müşaiət ediblər
İcra başçısı Rafiq Quliyevin və digər rəsmi şəxslərin sıra ilə düzülərək müğənninin gəlişini gözləməsi diqqət çəkmişdi. Daha sonra qara rəngli, lüks “Mercedes-Maybach” avtomobilindən düşən Röyanın idman geyimində olması da diqqət çəkib.













