Mühafizə Bölməsinə yeni rəis təyin olunubbackend

Mühafizə Bölməsinə yeni rəis təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Sədi Abbasov Salyan Rayon Mühafizə Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, S.Abbasov bu təyinata qədər Şirvan Şəhər Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.