Bakı–Sumqayıt magistral yolunun yaxınlığında yerləşən dayanacaqlardan birində mühafizəçi işləyən şəxs həyatını itirib.
NOCOMMENT.az -ın Sumqayıt bürosunun məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb. Mərhumun 1958-ci il təvəllüdlü Nizami İslam oğlu Həsənov olduğu bildirilir. O, səhər saatlarında həmkarları tərəfindən iş yerində hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbləri ekspertiza nəticəsində məlum olacaq.













