Hacıqabul sənaye məhəlləsinin 26 yaşlı mühafizəçisi iş yerində ölüb.
NOCOMMENT.az-ın xəbərinə görə, sənaye müəssisəsində mühafizəçi işləyən Hacıqabul rayonunun Qızılburun kənd sakini, 2000-ci il təvəllüdlü Eyvazov Niyaməddin Səxavət oğlu ürək tutmasından vəfat edib.
Onun meyiti müayinə olunmaq üçün morqa yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












