Müharibə dövründə erməni hakerlərin əsas hədəfi məlum olubbackend

Müharibə dövründə erməni hakerlərin əsas hədəfi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsində erməni hakerləri Azərbaycan Mərkəzi Bankına hücumlar təşkil edib, qurum onların hədəfi olub”.

NOCOMMENT xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, bu hücumlar uğursuzluqla nəticələnib: “Erməni hakerlər ddos hücumları həyata keçirirdilər. Bu cür hücumlar ölkə səviyyəsində bloklanmışdı, amma onlar həmin hücumların uğulru olduğunu düşünürdü. Daha sonra hakerlər fişinq hücumlarına başladılar, müxtəlif yollarla insanları çaşdırmağa çalışdılar. Amma biz hər gün monitorinqlər aparırıdıq və onların cəhdləri nəticəsiz olub”.

Dövlət Xidmətinin rəsmisi bu ilin iyul-sentyabr aylarında bloklanan hücumların statistikasını da təqdim edib: “Bu ilin III rübündə “Firewall” vasitəsi ilə 45 910 zərərli keçidi, mərkəzləşdirilmiş antivirus vasitəsi ilə 732 300 zərərvericini və “SandBox” vasitəsi ilə isə 11 015 zərərverici tərkibli sənəd və yaxud faylın qarşısını almışıq”.