Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcəkbackend

Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

Qanuna dəyişikliklə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilib.