Müharibə Ermənistanın enerji sisteminə 200 milyon dollar ziyan vurubbackend

Müharibə Ermənistanın enerji sisteminə 200 milyon dollar ziyan vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə Ermənistanın enerji sisteminə 200 milyon dollar ziyan vurub

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Qarabağ müharibəsi nəticəsində enerji sistemində gördükləri zərərin təfərrüatlarını açıqlayıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, nazir bildirib ki, separatçı rejimin enerji sisteminin müharibə nəticəsində maliyyə baxımından nə qədər zərər gördüyünə dair ümumi bir qiymətləndirmə yoxdur, lakin SES-in itkisindən dəyən maddi ziyanın miqdarı məlumdur:

“İtirilən hidroelektrik stansiyaların (və bunların sayı 30-dan azdır) maliyyə dəyərinin yarımstansiyalarla birlikdə təxminən 200 milyon dollara çatdığını deyə bilərik. Onların hamısı özəl mülklər idi”.

2021-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasından Ermənistana 330 milyon kilovat/saat elektrik enerjisi gəlməsi planlaşdırılırmış. Akop Vardanyan qeyd edib ki, bu gücləri itirmələri Ermənistanda enerji sektoru üçün tarif problemi yaradıb. Nazir müavini qeyd edib ki, bu il Qarabağdan gedən elektrik enerjisi daha bahalı tarifli elektrik enerjisi ilə əvəz edilməli olacaq, çünki Ermənistan nüvə stansiyası da təmir üçün dayandırılacaq.