Müharibə gedir, Nikol isə hoteldə onu axtarır – VİDEObackend

Müharibə gedir, Nikol isə hoteldə onu axtarır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ictimaiyyəti Qarabağ cəbhəsindəki məğlubiyyətlərin əsas səbəbkarı kimi Nikol Paşinyan və onun kabinet üzvlərini görür. İctimai müzakirələrdə Paşinyanla yanaşı, onun müavinlərinə qarşı da təhqir məzmunlu ifadələr işlədilir.

NOCOMMENT axar.az-a istinadla xəbər verir ki, müharibə getdiyi bir vaxtda Nikolun “sağ əli” hesab edilən müavini Tiqran Avinyanın məzuniyyətə çıxıb, hoteldə dincəlməsi haqda məlumat yayılıb.

Bildirilir ki, Paşinyan xalqın təzyiqlərinə görə, Avinyanın qaldığı “Armenia” hotelinə gedib və müəyyən danışıqlardan sonra öz müavinini Qarabağa göndərə bilib.

Paşinyanın öz müavininin ayağına getməsinə diqqət çəkən işğalçı ölkənin mediası onu da vurğulayır ki, baş naziri hətta öz kabinet üzvləri də saymırlar.

“Zoxovord” nəşri yazır ki, cəbhədən qayıtdıqdan sonra Paşinyana məruzə etmək istəyən Tiqran Avinyan baş nazirin qəbul qrafikinin sıx olduğunu görüb səs-küy salıb.

Erməni jurnalist Ani Saakyan müharibə dövründə məmur intizamı göstərməyən Paşinyanın komandasını “təcrübəsizlər və yaramazlar” adlandırıb.

“Müharibə gedir, Avinyanı isə hələ də dünya naz-neməti maraqlandırır. Paşinyan isə ayılmayıb”, – deyə jurnalist bildirib.