Müharibə istəmirik, bu baş versə… – Zelenski barışıq əli uzatdıbackend

Müharibə istəmirik, bu baş versə… – Zelenski barışıq əli uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə hərbi qarşıdurmaya girmək istəmədiklərini və məsələnin diplomatik yolla həllinin tərəfdarı olduqlarını deyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi brifinqdə bildirib.

“Biz hələ də Rusiya ilə diplomatik danışıqların işə yaraya biləcəyinə inanırıq”, – Zelenski deyib.

Prezident əlavə edib ki, Stoltenberqlə birlikdə Rusiya və Ukrayna arasında mümkün hərbi eskalasiyanın nəticələrini ətraflı müzakirə edib.

“Biz irimiqyaslı müharibə olarsa, minlərlə, yüz minlərlə, milyonlarla qurbanların olacağını başa düşürük, ona görə də bunu sivil insan kimi istəmirik”, – Ukrayna lideri vurğulayıb.
teleqraf