Müharibə vaxtı silah qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılıb – Ermənistandabackend

Müharibə vaxtı silah qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılıbErmənistanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağda müharibə zamanı işğal altındakı ərazilərdən Ermənistana silah qaçaqmalçılığı ilə məşğul olan şəxsi saxlayıb.

NOCOMMENT.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, həmin şəxs sentyabrın 27-də könüllü olaraq Qarabağa yollanıb.

O, döyüş bölgəsində bir qrup şəxslə əlbir olaraq onlarla avtomatı və digər sursatı Yerevana aparıb. Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs avtomatları 500-600 dollara satmağı planlaşdırırmış.

Axtarış zamanı onun evindən bir neçə avtomat və patronlar aşkar edilib.

Bundan başqa, Ermənistanın Sünik vilayətində Qarabağdan qaçaqmal yolu ilə keçirilmiş 42 avtomat, 280 patron, qumbara və digər sursat aşkar edilib. Trend