Müharibə veteranı məscidə imam təyin edildibackend

Müharibə veteranı məscidə imam təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib.

NOCOMMENT xəbər verir ki, modern-in əldə etdiyi məlumata görə, məscidə imam təyin edilən Mirnasir Mirbağır oğlu Nağıyev Birinci Qarabağ müharibəsi veteranıdır.

O, 2-13 avqust tarixlərində keçirilən müsahibədə uğur qazanaraq müvafiq vəzifəyə təyin olunub.

Qeyd edək ki, M.Nağıyev 1994-1998-ci illərdə Bakı İslam Universitetində, ardınca Misir Ərəb Respublikasındakı Əl-Əzhər Universitetində təhsil alıb. 2021-ci ildə Əl-Əzhər Universitetinin aspiranturasını bitirib. 2012-2017-ci illərdə Qafqaz Müsəlmanları İdarəsində çalışıb.