Müharibə veteranlarının təqaüdü artırılacaqmı? – Açıqlamabackend

Müharibə veteranlarının təqaüdü artırılacaqmı? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il infilyasiyaya uyğun olaraq, əhalinin pensiya və maaşları, müvafiq şəkildə, dövlət tərəfindən artırılır. Hələlik, müharibə veteranlarına verilən 80 manatlı müavinətlərlə bağlı qərar verilməyib. Bəs görəsən, müharibə veteranlarının təqaüdləri artırılacaqmı?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Becan.az-a açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimli bildirib ki, bu məsələ ilə bağlı Milli Məclisin həm komitə, həm də plenar iclasında bir neçə dəfə məsələ qaldırıb:

“Dövlətimizin iqtisadi potensialına, məcmu daxili məhsulu 134 milyard manat olan büdcəmizə, veteranlar üçün nəzərdə tutulan qayğılara, eləcə də digər müavinətlərə nəzərən, veteranlara 80 manat müavinət verilməsi normal hal sayıla bilməz. Axı bu insanlar ölümlə üz-üzə olub, vətənə xidmət ediblər, bunların veteranlığı dövlət tərəfindən təsdiq olunub. Bu məbləğ veteranın dolanışığı üçün heç cürə bəs eləmir. Əlbəttə, yaxın gələcəkdə də millət vəkili olaraq, bu məsələni yenə dilə gətirəcəyik, Milli Məclisdə qaldıracağıq. Məndən nə vaxt soruşulursa, deyirəm ki, veteranlarımızın müavinətlərinin, heç olmasa minimum iki dəfə artırılması, 160 manata çatdırılması mümkündür”.