Müharibədən qalma mina partladı – Ölən varbackend

Müharibədən qalma mina partladı – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Qərbi Azərbaycan əyalətinin Sərdeşt şəhərində mina partlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.

Partlayış nəticəsində İran sərhəd komandanlığının zabiti həyatını itirib. Minanın İran-İraq müharibəsi dövründən qaldığı bildirilir.

İran və İraq arasında 22 sentyabr 1980-ci ildə başlayan müharibə 20 avqust 1988-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsi ilə sona çatıb.

Müharibə illərində sərhədlərə qoyulan minalar hələ də hər iki ölkədə çoxlu sayda insan ölümünə və ya yaralanmasına səbəb olur.
modern.az