Müharibədən sonra Hindistan və Pakistan arasında ilk yüksək səviyyəli təmas olubbackend

Müharibədən sonra Hindistan və Pakistan arasında ilk yüksək səviyyəli təmas olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il may ayında 87 saat davam edən müharibədən sonra Hindistan və Pakistan arasında ilk yüksək səviyyəli təmas olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Pakistan Milli Assambleyanın spikeri Ayaz Sadiq Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla Dəkkədə Banqladeşin ilk qadın baş naziri olmuş Begüm Xalidənin dəfn mərasimində bir-birinin əlini sıxıb.

Pakistan Milli Assambleyasının yaydığı məlumatda bildirilib ki, Cayşankar Sadiklə təkcə əl sıxmayıb, eyni zamanda özünü təqdim edərək spikeri tanıdığını bildirib.

Açıqlamada vurğulanır ki, bu qarşılıqlı təmas 2025-ci ilin mayında baş vermiş Pakistan–Hindistan münaqişəsindən sonra Hindistan tərəfindən təşəbbüs göstərilən ilk mühüm yüksək səviyyəli əlaqə olub.

Pakistan Milli Assambleyasının məlumatında qeyd edilir ki, İslamabad dialoqun və əməkdaşlığın, o cümlədən Pahalqamda iddia olunan təxribatla bağlı sülh danışıqları və birgə araşdırmaların aparılmasının vacibliyini ardıcıl şəkildə vurğulayaraq, gərginliyin qarşısının alınmasına çağırır.