Müharibəni tənqid edən rus jurnalist ruhi xəstəxanaya göndərildi – FOTObackend

Müharibəni tənqid edən rus jurnalist ruhi xəstəxanaya göndərildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Mariupol şəhərindəki hücumu tənqid etdiyi üçün saxlanılan rusiyalı jurnalist Mariya Ponomarenkonun ruhi xəstəxanaya aparıldığı öyrənilib.

NOCOMMENT.az xəbər verir ki, səhhətində heç bir problemi olmayan jurnalistlə bağlı qərar təəccüb doğursa da, müşahidəçilər bunun sovet dönəmində dissidentlərə verilən cəzalara bənzədiyini vurğulayıblar.

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı “Ağıllı insanlar sülh tərəfdarıdır” paylaşımından sonra hökumətin hədəfində olan rus jurnalist Mariya Ponomarenkonun ruhi xəstəxanaya göndərildiyi açıqlanıb.

İki uşaq anası, 44 yaşlı Mariya Ponomarenko iddia edir ki, hakimiyyət müharibəyə qarşı çıxdığı üçün onu susdurmağa çalışıb. Rusiya rəsmiləri isə jurnalisti “Ukraynanın xüsusi hərbi əməliyyatı” ilə bağlı “saxta” xəbərlər yaymaqda ittiham edirlər.

Məlumata görə Mariupol şəhərində yüzlərlə dinc sakinin ölümü ilə nəticələnən teatra hücumdan sonra Ponomarenko “Telegram”da Rusiya hökumətini tənqid edərək, “Minlərlə günahsız insanın ölümünü bilə-bilə susmaq mümkün deyil. Ağıllı insanlar sülh tərəfdarıdır..” paylaşımını etmişdir.

Britaniyanın “Dailymail” qəzeti jurnalistin Sibirdə “qəddar psixiatriya xəstəxanasına” yerləşdirildiyi barədə məlumat dərc edib. Ponomarenkonun vəkili Sergey Podolski bu iddiaları təsdiqləyib və jurnalistin vəziyyətinin 28 gün ərzində Altay Klinik Psixologiya Xəstəxanasında qiymətləndiriləcəyini bildirib.

Jalə Bədirova