Müharibənin başlamasına sevinərək orduya könüllü yazılan ŞƏHİD – FOTObackend

Müharibənin başlamasına sevinərək orduya könüllü yazılan ŞƏHİDFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin başlamasına sevinərək torpaqlarımızın erməni işğalından azad olacağını deyib orduya könüllü yazıldı. 

NOCOMMENT.az bu dəfə də “Şəhidlər ölməz, Vətən bölünməz” rubrikasına davam edərək 06.06.1997-ci ildə Qaradağ rayonu, Qobu qəsəbəsində anadan olan Əliyev Əli Ələsgər oğlunun həyat yoluna qısa baxış edəcək.

Şəhid Əli Əliyev
Şəhid Əli Əliyev

Ata və anasını erkən itirən şəhidimiz bacısı ilə birlikdə ata yurdunda qalırdı. Hər zaman hərbçi olmaq arzusu ilə yaşayırdı. Sentyabrın 27-də müharibə başlayanda Əli Əliyev orduya könüllü yazıldı. 

Əli Fizuliyə getmə xəbərini böyük sevinc hissi ilə doğmalarına xəbər edib, sevinə-sevinə yola düsdü.

Şuşa uğrunda gedən döyüşlər zamanı ayağından yaralanan Əli ağır yaralı olan döyüş yoldaşının birinci çıxarılmasını istəyir. Əsgər yoldaşları geri döndükləri zaman isə Əlinin snayper gülləsi ilə boğazından vurularaq şəhid olduğunu görürlər.

Məkanın cənnət olsun şəhidim. Arzuna çatdın.

Şəhid Əli Əliyev
Şəhid Əli Əliyev

Allah rəhmət etsin!