KoronaVirus İnformasiya Portalı
Müharibənin prinsipial mərhələsi Şuşanın azad edilməsi ilə bitəcək – PROQNOZ!backend

Müharibənin prinsipial mərhələsi Şuşanın azad edilməsi ilə bitəcək – PROQNOZ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azad İsazadə: “Bundan sonra Xankəndi və ətraf məntqələr ya təslim olmalı, ya da…”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin məqsədli şəkildə Şuşa meşələrində yanğınlar törətdiyini vurğulayıb:

“Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır.

Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyildir. AR Müdafiə nazirliyi kəşfiyyat məlumatlarına əsasən Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat vermişdi”.

Şuşa Azərbaycan ordusu tərəfindən azad edilərsə, bu, düşmənlərin psixologiyasına, əhval-ruhiyyəsinə necə təsir göstərəcək? Şuşanın azad edilməsi hərbi-strateji baxımdan ordumuza hansı üstünlüklər qazandıracaq?

NOCOMMENT.az xəbər verir ki, Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə Şuşanın strateji önəminin son dərəcədə mühüm olduğunu vurğuladı. Ekspertin sözlərinə görə, Şuşanın azad edilməsi bütün müharibənin taleyinə həlledici təsir göstərəcək:

“Şuşa azad olunarsa, bunun ermənilərə necə təsir edəcəyini anlamaq üçün 1992-ci ilə qayıtmaq lazımdır. Yada salmaq lazımdır ki, 1992-ci ildə Şuşanı itirməyimiz bizə necə təsir etmişdi. Insanlarımız arasında şok yaşanmışdı. Təxminən Şuşanı itirməkləri ermənilərə də belə təsir edəcək. Əsasən də Qarabağda yaşayan ermənilərə bu, daha ciddi təsir göstərəcək.

Strateji baxımdan bu gün o zonada ən yüksək yaşayış məntəqəsi Şuşadır. Şuşadan baxanda Laçın da, Xankəndi də dəfələrlə aşağıdadır. Şuşa Gorusdan Xankəndinə gedən yolun üstündədir. Biz Şuşanı azad edəcəyimiz təqdirdə, strateji əhəmiyyətli yolu da bağlamış olacağıq. Eyni zamanda, Qarabağın simvolunu işğaldan azad etmiş, hərbi-starteji baxımdan mühüm önəm kəsb edən yaşayış məntəqəsini götürmüş olacağıq. Şuşanın azad edilməsi faktiki olaraq müharibənin sonu sayıla bilər. Təbii ki, ayrı-ayrı yerlərdə müəyyən müqavimət ocaqlarının qalması mümkündür. Amma müharibənin prinsipial mərhələsi Şuşanın azad edilməsi ilə bitəcək. Bundan sonra Xankəndi özü ya mexaniki şəkildə təslim olmalı, ya da ermənilər ordan çıxmalıdır. Ətrafdakı digər yaşayış məntəqələri üçün də bu gediş məcburi olacaq”.