Mühərriki alovlanan təyyarə təcili eniş etdibackend

Mühərriki alovlanan təyyarə təcili eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Feniks şəhərinə uçan təyyarə mühərriki alov aldığı üçün Ohayo ştatına qayıdaraq məcburi eniş edib.

NOCOMMENT xəbər verir ki, Glenn Columbus hava limanından Phoenix Sky Harbour hava limanına gedən American Airlines təyyarəsinin mühərriki havaya qalxdıqdan sonra quşa çırpılaraq alovlanıb.

Glenn Columbus Hava Limanından verilən açıqlamada hadisəyə təcili yardım qruplarının müdaxilə etdiyi və hava limanında uçuşların davam etdiyi bildirilib. Təyyarənin havaya qalxdıqdan 30 dəqiqə sonra sağ-salamat eniş etdiyi, insident nəticəsində xəsarət alan olmadığı bildirilib.

Aviaşirkətdən verilən açıqlamada, təyyarənin texniki xidmət üçün istifadədən çıxarıldığı və sərnişinlərin Feniksə daşınması üçün işlərin davam etdiyi qeyd edilib.