Mühüm qərar: Menecerlərin ən azı 40 faizi qadınlar olacaqbackend

Mühüm qərar: Menecerlərin ən azı 40 faizi qadınlar olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada sol koalisiya hökuməti özəl və dövlət şirkət və qurumlarında icraçı heyətin ən azı 40 faizinin qadın olmasını tələb edən qanun layihəsini qəbul edərək parlamentə göndərib.

NOCOMMENT xəbər verir ki, İspaniyada Nazirlər Şurasının həftəlik növbəti iclasında “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə qadınlara qarşı müsbət ayrı-seçkiliyi ehtiva edən qanun layihəsi qəbul edilib.

Mətbuata verilən məlumata görə, layihəyə əsasən, 250-dən çox işçinin çalışdığı və illik dövriyyəsi ən azı 50 mln. avro olan şirkətlərdə menecerləri qadınlar olacaq. Qanun layihəsində ən azı 40 faiz qadın tələb olunur.