Mühüm tədbir: Türkiyəli nazirlər Şuşaya gəlirlərbackend

Mühüm tədbir: Türkiyəli nazirlər Şuşaya gəlirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Azərbaycana səfərə gəlir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, o, sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək.

Ondan başqa tədbirə Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahid Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmayıl Böyükataman da qatılacaq.