Panama həmişəlik ölkənin mülkiyyəti olaraq qalacaq Panama kanalının neytrallığını və səmərəli fəaliyyətini təmin etməyə davam edəcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Amerika Respublikasının Prezidenti Xose Raul Mulino BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışında deyib.
“Panama Daimi Bitərəflik Müqaviləsinə sadiqliyini davam etdirməyə hazır olduğunu bir daha bəyan etmək istərdi. Neytrallıq kanalımızın qorunması və təhlükəsizliyi üçün ən təsirli mexanizmdir. Bu, qlobal aktivdir. Bütün dünyaya açıq olan neytral Panama kanalı hərtərəfli beynəlxalq ticarəti asanlaşdırır. Bu, hər zaman ölkəmizin əlində olacaq kanaldır”, – Panama rəhbəri deyib.
Mulino qeyd edib ki, Panama kanalı 140 ölkənin 180 gəmiçilik marşrutuna xidmət edir və qlobal ticarətin 4 %-ni həyata keçirir. O əlavə edib ki, Panama daha böyük gəmilərin ehtiyaclarını ödəmək üçün okeanlararası marşrutun genişləndirilməsinə öz resurslarını yatırıb. “Yaxın gələcəkdə ölkə əhalini su və fasiləsiz naviqasiya ilə təmin etmək, həmçinin quraqlıqla bağlı riskləri azaltmaq üçün Rio-İndio su anbarının tikintisi layihəsini həyata keçirmək niyyətindədir”, – Mulino əlavə edib.