Münaqişə həmin ilin sonunda bitəcəkdi, lakin… – Putinbackend

Münaqişə həmin ilin sonunda bitəcəkdi, lakin… – Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasının qarşısını aldı. Əks halda münaqişə həmin ilin sonunda bitəcəkdi”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

Putin pozulan danışıqlar prosesindən danışarkən bildirib ki, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson bunu təkcə öz təşəbbüsü ilə deyil, həm də əminəm ki, ABŞ administrasiyasının dəstəyi ilə həyata keçirdi.

Onun sözlərinə görə, İstanbul sazişini Ukrayna tərəfi paraflayıb, bu da onlara uyğun olduğunu göstərir. Ukrayna tərəfi və rəsmiləri açıq şəkildə bəyan ediblər ki, əgər onlar bu müqaviləni qəti şəkildə imzalasaydılar, müharibə 2022-ci ilin sonunda bitəcəkdi.