Münasibətdə olmağımız sirr deyildi – Saakaşvilinin sevgilisibackend

Münasibətdə olmağımız sirr deyildi – Saakaşvilinin sevgilisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ilə münasibətim ətraf üçün sirr deyildi. Ailəsi bundan xəbərdar idi”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Saakaşvilinin sevgilisi, ukraynalı millət vəkili Yelizaveta Yasko Ukraynanın “Qordon” nəşrinin baş redaktoru Alesya Baçmana verdiyi müsahibəsində deyib.

“Saakaşvilinin böyük oğlu, anası, dayısı ilə tanış olmuşam. Bir neçə dəfə görüşmüşük. Bizim münasibətimiz sirr deyildi”, – deyə Y.Yasko qeyd edib.

Onun sözlərinə görə, hazırda Saakaşvilin həbsdə olmasını nəzərə alaraq siyasətçinin anası Qiuli Alasaniya ilə əlaqədədir.

Qeyd edək ki, M.Saakaşvilinin oktyabrın 1-i Tbilisidə saxlanılmasından sonra Y.Yasko öz sosial şəbəkə hesabında video paylaşaraq siyasətçi ilə münasibətdə olduğunu elan etmişdi.