Müqavilə imzalandı! Şimali İrlandiyada nə dəyişəcək?backend

Müqavilə imzalandı! Şimali İrlandiyada nə dəyişəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında Şimali İrlandiya üzrə yeni Brexit sazişi cümə günü rəsmi olaraq imzalanıb.

NOCOMMENT.az xəbər verir ki, “Windsor Çərçivəsi” adlanan yeni saziş Şimali İrlandiya və onun bir hissəsi olduğu Böyük Britaniyanın digər hissələri arasında ticarəti asanlaşdırmaq məqsədi daşıyır.

Bu gün rəsmiləşən yeni tənzimləmə sərhəddə iki kanal yaradır və hər iki problemi aradan qaldıracaq bir növ müvəqqəti həll yolu təqdim edir:

Belə ki, İngiltərə, Şotlandiya və Uelsdən son təyinat məntəqəsi olan İrlandiya Respublikasına göndərilən mallar Şimali İrlandiyaya daxil olarkən Aİ sərhədi kimi yoxlanılacaq.

Ölkənin digər bölgələrindən Şimali İrlandiyaya istehlak üçün göndərilən məhsullar isə yalnız ölkədaxili daşıma qaydalarına tabe olacağı üçün oradan sərbəst keçəcək.

Aİ-nin baş müzakirəçisi Maros Şefçoviç hər iki tərəfin bir-birini dinlədiyini və hər iki tərəfin maraqlarını qoruyan razılıq əldə olunduğunu qeyd edib.

NOCOMMENT.AZ