Rusiya və Belarusun Baltikyanı ölkələrə hücum etmək kimi niyyəti yoxdur.
NOCOMMENT.az xəbər verir k bu barədə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, eyni zamanda respublikanın müdafiə nazirinin birinci müavini Pavel Muraveyko bildirib.
“Belarus Respublikası da, Rusiya Federasiyası da (Baltikyanı ölkələrə – red.) hücum etməyə hazırlaşmır”, – deyə Muraveyko qeyd edib.
O, hesab edir ki, Baltikyanı ölkələrin hakimiyyətləri bu təhlükəni süni şəkildə yaradaraq, guya müdafiə və təhlükəsizlik naminə öz ərazilərinə xarici qüvvə və texnika cəlb etməyə çalışırlar.