Murmansk hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər Moskva vaxtı ilə saat 19:05-də aradan qaldırılıb.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Rosaviatsiaya istinadən məlumat yayıb.
“Murmansk hava limanında məhdudiyyətlər Moskva vaxtı ilə saat 19:05-də aradan qaldırılıb”, – məlumatda deyilir.
Departament izah edib ki, məhdudiyyətlər mülki aviaşirkətlərin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
Saat 18:39-da Murmansk hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə əməliyyatlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.